Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qardaşından iki gün sonra - Norveç şahzadəsi Astrid vəfat edib

Norveçin mərhum kralı V Haraldın böyük bacısı, Norveç şahzadəsi Astrid vəfat edib.

“Reuters” xəbər verir ki, bu barədə kral sarayının bəyanatında bildirilib.

Şahzadə Astrid 94 yaşında vəfat edib.

Xatırladaq ki, kral Harald 35 ildən çox davam edən hakimiyyətindən sonra ötən ay 89 yaşında vəfat edib və şahzadə Astrid sonuncu dəfə çərşənbə günü onun dəfn mərasimində ictimaiyyət qarşısında görünüb.

Kral V Haraldın ölümündən sonra onun oğlu VIII Hakon Norveçin yeni monarxı olub.