Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşib

“Qarabağ”ın Konfrans Liqasındakı növbəti rəqibi bəlli olub.

Qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycanın vitse-çempionu pley-offda “Marsel”lə (Fransa) qarşılaşacaq.

Qurban Qurbanovun yetirmələrinin rəqibi bugünkü püşkatmada müəyyənləşib. Qrup mərhələsində ikinci olan “Qarabağ”ın Avropa Liqasından üçüncü yer sahibi olan rəqibi ilə ilk matçı səfərdə keçirəcək.

Bu görüş gələn il fevralın 17-də baş tutacaq. Bir həftə sonra keçiriləcək cavab görüşü Bakıda təşkil olunacaq.

Qeyd edək ki, pley-offun qalibləri 1/8 finala yüksələcək. Qrup qaliblərinin birbaşa yüksəldiyi bu mərhələnin püşkü fevralın 25-də atılacaq.