Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağı tərk edən Zubir klubsuz qalıb

“Qarabağ”la yollarını ayıran Abdullah Zubir transfer olunduğu Səudiyyə Ərəbistanının “Əl-Uruba” klubunda çıxış edə bilməyəcək.

Hazırkı klubu “Əl-Uruba” maliyyə təminatını verə bilmədiyindən futbolçu qeydiyyatdan keçirilməyib.

Bildirilib ki, Zubir hazırda azad agentdir.

Qeyd edək ki, Zubir “Qarabağ”ın heyətində 8 il çıxış edib. O, Ağdam klubunun heyətində 379 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ötən mövsüm “Qarabağ”ın heyətində Çempionlar Liqasında da iştirak edib.