Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Qarabağ” Bakıda “Malmö”yə məğlub olub

Təmsilçimiz “Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Malmö”nü qəbul edib.

Komandamız matça aktiv başlayıb. Hesabı Olaviyo Juninyo açıb. Lakin qonaqlar oyunda dönüş yaratmağı bacarıb. 2 qol vuran Erik Botyem isveçlilərə qələbə qazandırıb.

“Qarabağ” ilk oyunda “Tottenhem”ə (0:3), “Malmö” isə “Reyncers”ə (Şotlandiya) uduzub (0:2).

Avropa Liqası
Liqa mərhələsi, II tur

3 oktyabr

20:45 Qarabağ – Malmö (İsveç) 1:2
Qollar: Olaviyo Juninyo, 15, - Erik Boteym, 19, 47