Qalibaf neftin qiymətini qaldırdı: ABŞ danışıqlardan əvvəl razılaşmanın iki bəndini yerinə yetirməyib
11 Aprel 2026
ABŞ danışıqlar başlamazdan əvvəl həyata keçirilməli olan atəşkəs şərtlərinin iki bəndini - Livanda atəşkəsi və İran aktivlərinin blokdan çıxarılmasını yerinə yetirməyib.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsində bildirib.
"Tərəflər arasında qarşılıqlı razılaşdırılmış şərtlərdən ikisi hələ də həyata keçirilməyib: Livanda atəşkəs və danışıqlar başlamazdan əvvəl İran aktivlərinin blokdan çıxarılması. Bu iki şərt danışıqlar başlamazdan əvvəl yerinə yetirilməlidir", - o yazıb.
Qalibafın "X" sosial şəbəkə hesabında İranın danışıqlarla bağlı paylaşımından sonra neftin qiyməti artıb.
Bildirilib ki,hazırda WTI markalı neftin qiyməti bir barel üçün 99,6 ABŞ dollarına çatıb və bu, ötən günlə müqayisədə 1,16 dollar çoxdur.
"Brent" neftinin qiyməti də 1,13 dollar artaraq bir barel üçün 97,67 dollara yüksəlib.