Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qalib Bayramova şərti cəza verildi

"QHT işi" üzrə ittiham olunan iqtisadçı, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramovun (Toğrul) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda Q.Bayramova hökm oxunub.

Məhkəmənin qərarı ilə o, 2 il müəyyən vəzifə tutmaq qadağası qoyulmaqla, 8 il müddətinə həbs cəzasına məhkum olunub. Ona 3 il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunub. Eyni zamanda, barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizamla əvəzlənib.

Prokuror Q.Bayramovun 5 il sınaq müddəti təyin edilməklə 9 il müddətinə şərti azadlıqdan məhrum olunmasını istəmişdi. Q.Bayramov isə özünü təqsirli bilmir və ittihamları qəbul etmir.