Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin pişikləri pasportsuz qaldı – "Soy-kökləri" bilinməyəcək

Rusiyaya tətbiq edilən sanksiyalar və qadağalar ən müxtəlif sahələri əhatə edir. Növbəti belə qadağa FIFE-dən gəlib.

Belə ki, FIFE (Beynəlxalq pişik federasiyası) Rusiya pişiklərinə beynəlxalq sərgi və yarışlarda iştirak etməyi qadağan edib.

Bundan əlavə, Rusiyada yetişdirilən heç bir pişik FIFE-nin nəsil tarixi kitabında qeydiyyata salına bilməz. Qeydiyyat ancaq Rusiyanın öz tarixində mümkündür.

Beləliklə, tezliklə Rusiyada “soyu-kökü” bəlli olmayan pişiklər gəzişəcək.