Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Zelenskini “dövlət terrorizmi”ndə ittiham edib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın hava məkanının tam bağlanması ilə bağlı bəyanatına münasibət bildirib.

Putin Zelenskinin bu bəyanatını “dövlət terrorizmi” adlandırıb.

Rusiya Prezidenti qeyd edib ki, Ukrayna tərəfi eyni zamanda görüşlərin keçirilməsini və danışıqların aparılmasını istəyir.

“Terrorçularla danışıqlar aparılmır”, – deyə Putin bildirib.

Putin bildirib ki, Rusiya Kiyev hakimiyyətinə zərbə endirmir:

"Bizə hansısa danışıqçılar lazımdır" deyə düşünürük. Əgər hava hücumu təhdidləri həyata keçirilərsə, biz cavab vermək üçün vasitələr tapacağıq".