Putin və Paşinyan sabah Moskvada danışıqlar aparacaqlar
31 Mart 2026
Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.
Bildirilib ki, qarşıdan gələn danışıqlar zamanı Putin və Paşinyan geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.
"Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının cari vəziyyətini və perspektivlərini, eləcə də regional gündəliyin aktual məsələlərini, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə etmək planlaşdırılır", - məlumatda qeyd olunub.