Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Təhlükəsizlik Şurasına “DXR” və “LXR”nin tanınması məsələsinə baxmağı tapşırdı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirib. Kremldə keçirilən növbədənkənar iclasda Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri iştirak edib.

Rusiya dövlət başçısının rəhbərliyi ilə keçirilən iclas Ukraynanın cənub-şərqindəki vəziyyətə həsr olunub.

Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının iclasında qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın "dövlət başçıları"nın, habelə Dövlət Duması bu qurumların müstəqilliyinin tanınması ilə bağlı müraciətləri Təhlükəsizlik Şurası üzvlərinin rəyini dinləmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya əvvəlcə Kiyev və Donbass arasındakı ziddiyyətləri sülh yolu ilə həll etmək üçün hər şeyi edib.

"Hadisələrin gedişatı göstərir ki, Ukraynanın hazırkı hakimiyyəti Minsk razılaşmalarını yerinə yetirmək fikrində deyil", - Putin bildirib.