Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Makrona: Hərbi əməliyyatın tapşırıqları bütün hallarda yerinə yetiriləcək

Rusiya Prezidenti Vladimir Putinlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında telefon danışığının detalları məlum olub.

TASS xəbər verir ki, V.Putin hərbi əməliyyatın tapşırıqlarının bütün hallarda yerinə yetiriləcəyini vurğulayıb: "Ukrayna tərəfinin danışıqlarda vaxt uzatmağa çalıçması Kiyevə əlavə tələblərimizin ortaya çıxmasına səbəb olacaq".

Rusiya lideri fransalı həmkarını xarici vətəndaşların Ukrayna ərazisindən təhlükəsiz təxliyəsini təmin etmək üçün səylərə qoşulmağa çağırıb.

O, xüsusilə Xarkovda Ukrayna güclərinin girovluğunda olan hindistanlı böyük bir tələbə qrupunu xatırladıb.

E.Makron Kiyev rəhbərliyi ilə müvafiq iş aparacağına söz verib.

Həmçinin V.Putin Rusiyanın Ukraynadakı humanitar problemlərin həlli üçün xarici tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu təsdiqləyib.