Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda görüşəcək
07 Oktyabr 2024
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də, MDB sammitindən əvvəl Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.
"Görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq", - o vurğulayıb.