Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin ağır xəstədir, Rusiyada isə dövlət çevrilişi hazırlanır – Ukrayna kəşfiyyatının rəhbəri

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib ki, Rusiya prezidenti Vladimir Putin ağır xərçəng xəstəsidir və artıq Rusiya Federasiyasında Putini devirmək üçün çevriliş planı həyata keçirilir.

Ukrayna kəşfiyyatının rəhbəri bu barədə Sky News-a müsahibəsində deyib.

Budanovun sözlərinə görə, avqustun ortalarında Rusiya ilə müharibə dönüş nöqtəsi olacaq və ilin sonunda qədər başa çatacaq.

O, həmçinin bildirib ki, Rusiyada artıq Putini devirmək üçün çevriliş planı həyata keçirilir və Rusiya lideri ağır xərçəng xəstəsidir. Həmçinin, kəşfiyyat rəhbərinin sözlərinə görə, Putinin daha bir neçə ciddi xəstəliyi var.

Budanov əlavə edib ki, Putinin psixo-emosional və fizioloji vəziyyəti də pisdir.

“Avqustun ikinci yarısı dönüş nöqtəsi olacaq, bu ilin sonuna kimi aktiv döyüş əməliyyatlarının əksəriyyəti başa çatacaq.

Nəticədə, biz itirdiyimiz bütün ərazilərimizdə, o cümlədən Donbasda və Krımda Ukrayna hakimiyyətini bərpa edəcəyik...

Avropa Rusiyanı böyük təhlükə olaraq görür. Onun təcavüzündən qorxurlar. Biz Rusiya ilə səkkiz ildir ki, müharibə edirik və deyə bilərik ki, geniş reklam edilmiş rus gücü sadəcə mifdir. O, deyildiyi qədər də güclü deyil. Bu, sadəcə silahlı adamlar dəstəsidir”.

Onun sözlərinə görə, Rusiyanın şərqdə müəyyən üstünlüklərinə baxmayaraq taktikası dəyişməyib və Rusiya böyük itkilər verir.

O bildirib ki, Rusiyanın müharibədəki uğursuzluqları onu təəccübləndirmir: "Biz düşmənimiz haqqında hər şeyi bilirik. Onların planlarından demək olar ki, anındaca xəbər tuturuq ".

Qeyd edək ki, Budanov Rusiyanın işğalının nə vaxt baş verəcəyini vaxtında deyib və indi o, müharibənin nə zaman bitəcəyi ilə bağlı proqnozuna da əmindir.