Polietilen torbaların ödənişli olması məsələsinə aydınlıq gətirilib
10 Fevral 2023
“Biz düşünürük ki, polietilen torbaların ödənişli olması onlardan istifadəni azaldacaq”.
Pressklub.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.
Onun sözlərinə görə, bu məsələdə beynəlxalq təcrübədən yola çıxılıb.
Polietilen torbaların ödənişli olması 2021-ci il iyulun 1-dən nəzərdə tutulmuşdu:
“Polietilen torbaların ödənişli olması ilə bağlı qərar bir müddət bundan əvvəl verilib. Qərara əsasən, 2021-ci il iyul ayının 1-dən polietilen torbaların ödənişli olması nəzərdə tutulsa da, təəssüf ki, bu günə kimi müvafiq qurumlar tərəfindən bu qərara riayət edilmir. Lakin biz düşünürük ki, tez bir zamanda buna başlanılacaq. Amma bunun nə zaman başlaması ilə bağlı məsələ ETSN-nin səlahiyyətində deyil”.