Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pezeşkian: İran ABŞ ilə dialoqu davam etdirmək barədə qərar verib

İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailin Livana yeni hücumları fonunda münaqişənin həllilə bağlı ABŞ ilə dialoqu davam etdirmək qərarına gəlib.

Bu barədə İran Prezidenti Məsud Pezeşkian açıqlama verib.

Onun sözlərinə görə, şura danışıqlar prosesinin davam etdirilməsinin vacibliyi qənaətinə gəlib.

Pezeşkian qeyd edib ki, danışıqların guya qadağan olunması ilə bağlı KİV-də dərc olunan açıqlamalara baxmayaraq, müzakirələr çərçivəsində dialoqun məqbul şərtlərlə davam etdirilməsi ilə bağlı müvafiq razılaşmalar əldə edilib.

Prezident həmçinin əlavə edib ki, İran qonşu ölkələrlə münasibətlərdə irəliləyiş əldə edib və Fars körfəzi dövlətləri ilə bir sıra məsələlər həll olunur.