Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pəncşirdə müqavimət qüvvələri 3 rayonu "Taliban"dan geri alıb



Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatına qarşı çıxan Pəncşir əyalətindəki Milli Müqavimət Cəbhəsinin dəstələri bölgədəki radikallardan üç bölgəni geri alıb.

Bu barədə yerli “Afghanistan Times” qəzeti məlumat yayıb.

Məlumata görə, müqavimət qüvvələri Pəncşirin şimal və şimal-şərq hissələrində yerləşən Dara, Abşar və Paryan rayonlarına nəzarəti geri qaytarıblar. Qeyd edilir ki, şiddətli döyüşlər nəticəsində “onlarla “Taliban” silahlısı məhv edilib”.(APA)