Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pasportum var, vizam yox - Hara gedə bilərəm?

Azərbaycan vətəndaşları vizasız hansı ölkələrə gedə bilər? Azərbaycan pasportunun reytinqdə 67 ölkənin siyahısı açıqlanır, ancaq unutmayın ki, bu siyahıda böyük əksəriyyət diplomatik nümayəndələrə, xidməti vəsiqəsi olanlara aididir.

Azərbaycandan ümumvətəndaşlıq (yaşıl) pasportu ilə, vizasız turist qəbul edən ölkələrin sayı isə elə də çox deyil, amma yenə də Avropa, Asiya, Şimali, Mərkəzi və Cənubi Amerika ölkələrindən bəziləri, adını ilk dəfə eşidəcəyiniz ölkələrədək var. Baxın, bəlkə ürəyinizə yatan bir yer oldu.

Qeyd edək ki, bəzi ölkələrdə hava limanlarında viza verilir, lakin orada müəyyən viza rüsumları olduğu üçün siyahıya əlavə etməmişik.

Onu da nəzərə alın ki, COVİD-19 pandemiyası ilə bağlı ölkələrdə fərqli məhdudiyyətlər ola bilər. Biletləri almazdan əvvəl mütləq ölkədəki karantin qaydaları barədə məlumat əldə edin.


































































































Ölkənin adıViza rejimiİcazə verilən səyahət müddəti
Belarusazaddır90 gün
Gürcüstanazaddır90 gün
Qazaxıstanazaddır90 gün
Qırğızıstanazaddır90 gün
Moldovaazaddır90 gün
Özbəkistanazaddır90 gün
Rusiyaazaddır90 gün
Tacikistanazaddır90 gün
Ukraynaazaddır90 gün
Türkiyəazaddır90 gün
İranazaddır15 gün
Serbiyaazaddır90 gün
Şimali Makedoniyaazaddır90 gün
Monteneqroazaddır90 gün
Bosniya və Hersoqoviniyaazaddır90 gün
Livanazaddır30 gün
Malayziyaazaddır30 gün
Qətərazaddır30 gün