Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyanın partiyası Ermənistan parlamentində konstitusion çoxluq əldə edib

Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyası parlamentdə 105 mandatdan 64-nü qazanaraq konstitusion çoxluğa sahib olub.

TASS xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan bildirib.

Məlumata görə, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiya 61 mandat və milli azlıqların nümayəndələrinə məxsus 3 mandat əldə edib. "Güclü Ermənistan" bloku 28 mandat və 1 azlıq mandatı qazanıb, "Ermənistan" bloku isə 12 mandat əldə edib.

Beləliklə, Vətəndaş Müqaviləsi Partiyası hökuməti təkbaşına formalaşdırmaqla yanaşı, konstitusion qanunların qəbul edilməsi üçün tələb olunan 3/5 səs çoxluğuna da sahib olur. Lakin konstitusiyaya dəyişiklik üçün lazım olan 2/3 səs çoxluğu əldə olunmayıb. Bu nəticə "Çiçəklənən Ermənistan" partiyasının 4 faizlik baryeri keçə bilməməsi səbəbindən baş verib.

Eyni zamanda, Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkisinin nəticələri ləğv edilən üç seçki məntəqəsində təkrar səsvermə keçirməkdən imtina edib.

Bildirilib ki, həmin məntəqələr üzrə nəticələrin ləğvi ümumi seçki nəticələrinə təsir göstərmir.