Paşinyan: "Üzvlük haqqını ödəməyəcəyik, KTMT istəyirsə, xaric etsin"
12 İyun 2026
Ermənistan baş naziri Nikol Paşinyan iyunun 11-də bildirib ki, KTMT Yerevanın hərbi alyansdan çıxarılmasına qərar verərsə, ölkənin bu addımı qəbul etməkdən başqa yolu qalmayacaq.
"Bilirəm ki, KTMT-dən xaric edilmə mexanizmi mövcuddur və o işləyir. Üzv dövlətlər Ermənistanı xaric etmək qərarına gəlsələr, biz bu qərarı nəzərə almağa məcburuq, başqa edəcəyimiz bir şey yoxdur", – Paşinyan vurğulayıb.
AzadlıqRadiosunun erməni xidmətinin Ermənistanın quruma üzvlük haqqı ödəyib-ödəməyəcəyi ilə bağlı sualına Paşinyan qəti cavab verib: "Biz heç nəyi dəyişməyəcəyik".