Paşinyan parlament seçkilərində populyarlığa görə liderdir
07 Aprel 2026
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı sosioloji sorğuların nəticələri üzrə liderdir.
Bu barədə Ermənistan KİV-i "Gallup International Association"a (GIA) istinadən məlumat yayıb.
Təşkilatın 1001 respondent arasında keçirdiyi sorğuya əsasən, seçicilərin 24,3 %-i parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş müqaviləsi" partiyasına səs verməyə hazırdır. Ermənistan KİV-in məlumatına görə, bu nəticə müsbət artım nümayiş etdirir.
Rusiyalı iş adamı Samvel Karapetyanın başçılıq etdiyi "Güclü Ermənistan" partiyasına respondentlərin 13,4 %-i, digər iş adamı Qaqik Sarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyasına respondentlərin 7,9 %-i, ölkənin sabiq prezidenti Robert Koçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə respondentlərin 5,5 %-i səs verməyə hazırdır.
Rəyi soruşulanların 51,9 %-i qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindədir.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.