Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan müxalifətin konstitusiya referendumunun keçirilməsini dəstəkləyəcəyinə əmindir

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament müxalifətinin konstitusiya referendumunun keçirilməsinin lehinə səs verəcəyinə əmin olduğunu bildirib.

O, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. Müsahibənin anonsu bu gün yayımlanıb.

Paşinyan bir daha müxalifəti Azərbaycanla sülh yolunda “sonuncu maneə” adlandırıb.

Ermənistanın Baş naziri, həmçinin ölkə Konstitusiyasının dəyişdirilməsindən sonra Bakının sülh müqaviləsinin imzalanması üçün yeni şərtlər irəli sürəcəyi ehtimalını istisna edib.