Paşinyan Azərbaycandan təbii qaz almağa hazır olduqlarını bəyan edib
18 Sentyabr 2024
Ermənistan Azərbaycanın təbii qazını almağa hazırdır.
Ermənistan mediası xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşiyan bildirib.
“Azərbaycandan Naxçıvan və ya Türkiyəyə qaz ixracı üzrə tranzit boru kəməri ölkəmizin ərazisindən keçərsə, biz Azərbaycanın nəql etdiyi təbii qazı almağa hazırıq”, - Paşinyan qeyd edib.