Pakistan ordusunun komandanı ABŞ-ın mesajını İrana çatdırmaq üçün Tehrandadır
16 Aprel 2026
Pakistan ordusunun komandanı Asim Munir İrana gedib.
“Tasnim”in xəbərinə görə, məqsəd ABŞ-ın mesajını rəsmi Tehrana çatdırmaq, eyni zamanda, danışıqların ikinci raundunun planlaşdırılmasıdır.
Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.
Qeyd edək ki, Pakistan mediası danışıqların ikinci raundunun İslamabadda keçiriləcəyinə dair məlumat yayıb.