Öz ailəsinin beş üzvünü öldürən şəxs məcburi müalicəyə göndərilib
10 Oktyabr 2024
Oktyabrın 10-da Ağır Cinayətlər Məhkəməsində Əhməd Əhmədovun barəsində hökm oxunub. O, ailəsinin beş üzvünü öldürməkdə təqsirli bilinir.
Hakim Səbinə Məmmədzadə Əhmədovun məcburi müalicəyə göndərilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, Əhmədov qəsdən xüsusi amansızlıqla qətl törətməkdə, iki və daha çox şəxsi öldürməkdə və köməksiz vəziyyətdə olan şəxsi öldürməkdə ittiham olunub.
Belə cinayətlərə görə günahkarlar ömürlük və ya uzun müddətə həbs cəzasına məhkum edilirlər.
Xatırladaq ki, bu il fevralın 13-də Əhməd Əhmədov (1999-cu ildə anadan olub) öz atasını, anasını və azyaşlı qardaşını, bundan əvvəl isə bacısını və onun azyaşlı qızını öldürüb.
Əhməd Əhmədov psixi pozğunluqdan əziyyət çəkirmiş, lakin müalicə olunurmuş.