Ostin Kiyevdə Ukraynaya 400 milyonluq yardım elan etdi
21 Oktyabr 2024
Ukraynada səfərdə olan ABŞ-nin müdafiə naziri Lloyd Ostin ölkəsinin rəsmi Kiyevə 400 milyon dollarlıq növbəti hərbi yardım paketini elan edib.
“Strana.ua” xəbər verir görə, bu açıqlamanı o Ukraynanın prezidenti Vladimir Zelenski ilə görüş zamanı verib.
Bildirib ki, yeni paketə hərbi texniki, eləcə də müxtəlif təyinatlı silah-sursat daxildir.
Qeyd edək ki, Lloyd Ostin bu gün gözlənilmədən Kiyevə səfər edib.