Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ordumuzun əsgəri avtomobil qəzasında həlak olub

Azərbaycan Ordusunun əsgəri avtomobil qəzasında həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd edilib.