Logo
news content
User
Kateqoriyalar

Xəbər

Oktyabrın 31-də, Soçidə! Əliyev-Paşinyan-Putin görüşü ilə bağlı açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.

“Bəli, məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”, - o bildirib.

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.