Nobel Sülh Mükafatı Venesuela müxalifətinin liderinə verilib
10 Oktyabr 2025
Venesuela parlamentinin keçmiş deputatı Maria Korina Maçadoya Nobel Sülh Mükafatı təqdim olunub.
Bu barədə Nobel mükafatı komitəsinin məlumatında bildirilib.
ABŞ Prezidenti Donald Trampın namizədliyi dəstəklənməyib.
Müxalifətçi siyasətçi və ictimai xadim Venesuela xalqının demokratik hüquqlarının təşviqi istiqamətində göstərdiyi fəaliyyətinə görə mükafata layiq görülüb.