Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nikolayevə hücum edən Rusiya desantçılarını əsir götürdülər

Bu gün səhər saatlarında Rusiya ordusu Ukraynanın Nikolayev şəhərinə vertolyotlarla desant atıb , habelə şəhəri mühasirəyə almağa çalışıb. Lakin şəhərə atılan desantçılar Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilib, onlardan bir qismi əsir götürülüb. Əsirlərdən üçünü Nikolayev şəhərində II Dünya müharibəsi zamanı qəhrəmanlıq göstərmiş 68 sovet desantçısının şərəfinə  qoyulmuş abidənin qarşısına aparıblar və orada diz çökdürüblər.