Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Neftçi” öz meydanında “Sabah”a uduzdu - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.

Sonuncu oyun günündə iki görüş keçirilib. Əvvəlcə "Səbail" "Şamaxı"nı qəbul edib. Oyunda qapılara qol vurulmayıb.

Turun mərkəzi oyununda turnir cədvəlində 2-ci pillədəki "Sabah" 3-cü pillədəki "Neftçi"nin qonağı olub. "Sabah" 3:2 hesablı qələbə qazanaraq xallarını 28-ə çatdırıb və 2-ci pillədəki mövqeyini möhkənləndirib. "Neftçi" 22 xalla 3-cüdür.

23 oktyabr (bazar)

“Neftçi” - “Sabah” - 2:3

Qollar: Coy Lens Mikels, 36 (0:1), Emmanuel Apeh, 45+7 (0:2), Aleksey İsayev, 52 (0:3), Ömər Buludov. 71 (1:3), Emin Mahmudov, 83-pen. (2:3)

Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 74 ("Neftçi")

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov

“Bakcell Arena”

“Səbail” - “Şamaxı” - 0:0

Qırmızı vərəqə: Tural Bayramlı, 42 ("Səbail")

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov

“ASCO Arena”

https://www.youtube.com/watch?v=tlMeBGae9nE