Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO baş katibi dəyişdi: Stoltenberq postu Rutteyə təhvil verdi

NATO-nun Baş katibi Yens Stoltenberq vəzifəsini tərk edib.

Bu münasibətlə alyansın mənzil-qərargahında mərasim keçirilib. Stoltenberq rəsmi olaraq NATO Baş katibinin səlahiyyətlərini Mark Rutteyə təhvil verib.

Qurumun saytında canlı yayımlanan tədbirdə çıxışı zamanı yeni Baş katib Mark Rutte Ukraynaya dəstəyin, eləcə də müdafiə xərclərinin artırılmasını prioritet elan edib.

Qeyd edək ki, Yens Stoltenberq bu vəzifədə 10 il işləyib.