Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə bütün Ukrayna ərazisinə yayıla bilər - Kiyevdə son vəziyyət

"7-10 gün əvvəl mən 99,99 % əmin idim ki, baş verən hər şey yalnız informasiya, psixoloji və iqtisadi müharibədir".

Bunu Ukrayna Diplomatiya İnstitutunun eksperti Nikolay Spiridonov deyib.



Ukraynalı politoloq bildirib ki, döyüşlər artıq bir neçə gündür başlayıb:

"Təəssüf ki, son günlər baş verənlər bu güvənin təxminən 10 faizini "yedi" və bunun səbəbini izah edəcəyəm:

1) "DPR" və "LPR"də səfərbərliyin elan edilməsi. Üstəlik, bu azmış kimi Rusiyada da ehtiyatda olanların səfərbərliyə çağırılması.

2) Rusiyada ordu və ya KTMT qüvvələrinin istifadəsinə icazə ilə bağlı hazırlanmaqda olan qərarlar.

3) Rusiya və Belarusun Ukrayna sərhəddindəki hərbi təlimləri bitmir və qeyri-müəyyən müddətə uzadılıb.

4) Qonşu ölkənin prezidenti özünün "sərt oğlan" imicinə çox dəyər verir. Rusiya Federasiyası daxilində Kreml rəhbərinin simasını və nüfuzunu qoruyaraq münaqişədən müharibəsiz çıxmaqdan başqa variant düşündüyünü görmürəm.. Onun siması bizi çox narahat etmir, amma özü və ətrafı belə düşünmür.



Əslində Donbasda gərginlik artıq davam edir. Bir neçə gün əvvəl tam döyüşlər yenidən başladı. Onların bütün Ukraynaya yayılma ehtimalı azdır, lakin buna zəmanət vermək kifayət qədər çətindir.

Aydındır ki, ölkənin ən təhlükəli nöqtələri Donbasa (70-100 km-ə qədər) və paytaxta bitişik ərazilərdir. Lvov daha təhlükəsizdir. Şəxsən mən Kiyevdə qalıram və harasa təxliyə etməyi mümkün hesab etmirəm və təhlükə hələ "qırmızı zolaq" səviyyədə deyil.

Amma artıq qorxunun obyektiv səbəbləri ortaya çıxıb və mən onları sadaladım. Hər halda, çaxnaşmaya imkan vermədən, düzgün qərar vermək lazımdır". (Milli.az)