Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə başlayandan ilk dəfə - Ukraynada hərbçilər tərxis olunacaq

2026-cı ilin sonunda Ukraynada hərbi qulluqçuların qismən tərxisi həyata keçiriləcək.

Bu barədə müdafiə naziri Mixail Fyodorov yerli TSN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, proses 2022-ci ildən və ya daha əvvəldən xidmətdə olan hərbçiləri mərhələli şəkildə əhatə edəcək.

"Biz kalkulyator yaradacağıq. Hər bir hərbi qulluqçu hansı ayda (xidmətdən tərxis olunmağa - red.) düşə biləcəyinə baxa biləcək", - M. Fyodorov qeyd edib.

Bununla yanaşı, müdafiə qurumunun rəhbəri qeyd edib ki, hətta müqaviləsi qüvvədə olan hərbçilər də tərxis oluna biləcəklər:

"Əgər siz noyabr və ya dekabr aylarında tərxisə düşürsünüzsə, o zaman prezident fərmanının qüvvəsi birinci dərəcəli əhəmiyyət kəsb edəcək. Müqavilə imzalamağınıza baxmayaraq".

Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov "Liga"ya müsahibəsində indiki şəraitdə tərxisi qeyri-mümkün adlandırmışdı.