Logo
news content
User
Kateqoriyalar

Xəbər

MN: Ermənistanın ordumuzun sərhəddə otlaqları yandırması məlumatı yalandır



"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır".

Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Müdafiə Nazirliyi bir daha bildirir ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur.