Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mirzoyan: “İrəvan Qərbi Azərbaycan mövzusundan narahatdır”

İrəvan sülh sazişinin razılaşdırılmış hissəsinin imzalanması ilə bağlı Bakının siyasi iradəsini görmür və "Qərbi Azərbaycan" haqqında söhbətlər Ermənistana qarşı ərazi iddiaları təəssüratı yaradır. Bu barədə çərşənbə günü xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxış edərkən bildirib.

"Biz görürük ki, Azərbaycan tərəfi yeni tələblər irəli sürərək sazişi imzalamaq istəmir... Onlar deyirlər ki, sənəd layihəsinin bütün bəndləri razılaşdırılmalıdır. Amma dünyada elə bir saziş yoxdur ki, tərəflər arasındakı bütün problemləri tənzimləsin. Biz bu sənədi imzalamağı və sonra digər məsələlər üzrə danışıqlar aparmağı təklif edirik", - "Sputnik Armenia" Mirzoyandan sitat gətirib.

Mirzoyanın sözlərinə görə, Azərbaycanın Ermənistanın ərazilərinə dair gələcək planları ilə bağlı Ermənistanda və erməni cəmiyyətində narahatlıq var.

"Bu gün Azərbaycan tərəfi  "Qərbi Azərbaycan"dan danışır, onların fikrincə, bu, Ermənistanın demək olar ki, bütün ərazisini əhatə edir. Onlar bildirirlər ki, bunlar ərazi iddiaları deyil, amma təəssürat tam əksinədir", - nazir qeyd edib.

Mirzoyan ümid edir ki, Bakıda COP29 iqlim sammiti sülh prosesinə töhfə verə bilər. O xatırladıb ki, Ermənistan bu sammitin Bakıda keçirilməsi məsələsində Azərbaycanı dəstəkləyib.