Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məsud Pezeşkianın and içib, Xamenei Paşinyanla görüşdə Zəngəzur dəhlizini tənqid edib

İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi Tehranda parlamentin binasında keçirilib.

Bildirilib ki, təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak edib.

İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısını qarşısında and içib.

İran prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedən Azərbaycanın baş naziri Əli Əsədovu təkcə vitse-prezident Məhəmməd Rza Arif qəbul edib.

Həmsöhbətlər ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər, Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanı isə İranın ali lideri Əli Xamenei və İranın yeni prezidenti Məsud Pezeşkian qəbul edib.

Görüş zamanı Xamenei bildirib ki,"İran Zəngəzur dəhlizini Ermənistan üçün zərərli hesab edir və buna təkid edir". Öz növbəsində Paşinyan cavab verib ki, "Ermənistan öz ölkəsinin ərazisində heç bir regiondankənar marşrutu tanımır".