Logo
news content
User
Kateqoriyalar

Xəbər

Messi "qayıtdı" - Futbol əfsanəsindən penta-trik - VİDEO

Argentina milli komandasının futbolçusu Lionel Messi Estoniya ilə yoldaşlıq görüşündə 5 top vurub.

35 yaşlı hücumçu penta-trik sayəsində yığmadakı qol sayını 86-ya çatdırıb.

Beləliklə, milli komandaların ən yaxşı bombardirləri siyahısında o, 4-cü yerə yüksəlib və Macarıstan millisinin sabiq hücumçusu, 84 qolu olan Ferents Puşkaşı geridə qoyub.

İlk 3-lükdə Portuqaliya yığmasında qol sayını 117-yə çatdıran Kriştianu Ronaldu, 109 qolla İran millisinin əslən azərbaycanlı hücumçusu Əli Daei və 89 qola malik Malayziyadan olan forvard Moxtar Dahari yer alıb.

Qeyd edək ki, hazırda Fransanın PSJ klubunda çıxış edən Messi çox pis mövsüm keçirib. O, komandasına ciddi kömək etməyib, komanda yoldaşı Mbappenin kölgəsində qalıb. Bir çox futbol şərhçiləri onu "əvvəlki Messinin kölgəsi" adlandıraraq, karyerasının sonunun çatdığını iddia edirlər.

Messi isə Estoniya ilə oyunu ilə əvvəlki əfsanə olduğunu, onun komandaya deyil, komandanın ona yaraşmadığını sübut edib.