Logo
news content
User
Kateqoriyalar

Xəbər

Messi PSJ-də qalacaqmı? - Yeni müqavilə təklif edildi

Fransanın PSJ futbol komandası argentinalı hücumçusu Lionel Messiyə yeni müqavilə təklif edib.

Bu barədə “Le Parisien” məlumat yayıb.

Məlumata görə, Fransa klubu hücumçuya 2024-cü ilə qədər müqavilənin daha bir mövsüm uzadılmasını təklif edib.

Qeyd edilir ki, hazırda müqavilənin maliyyə şərtləri müzakirə olunur.

Messi ikinci mövsümü Fransa klubunda keçirir. O, 2021-ci ildə "Barselona"dan ayrılıb. Futbolçu bu mövsüm komandanın Fransa çempionatında keçirdiyi 11 matçın hamısında meydana çıxaraq, 6 qol vurub, 9 məhsuldar ötürmə edib.

“Transfermarkt”ın məlumatına görə, Messinin bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Argentinalı futbolçu İspaniyanın “Barselona” futbol komandasının yetirməsidir. O, 2004-cü ildə komandada debüt edib. Kataloniya klubu ilə birlikdə 35 titul əldə edib. Forvard 7 dəfə “Qızıl top”u qazanıb.