Logo
news content
User
Kateqoriyalar

Xəbər

Messi Çempionlar Liqasının ən gözəl qolunu vurub - VİDEO

UEFA Çempionlar Liqasında qrup mərhələsinin V tur oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.

Bu ada Fransa PSJ-sinin futbolçusu Lionel Messinin İsrailin "Makkabi" (Hayfa) komandası ilə matçdakı dəqiq zərbəsi layiq görülüb.

35 yaşlı hücumçu 19-cu dəqiqədə özünün və komandasının ilk qoluna imza atıb.

Qeyd edək ki, PSJ "Makkabi"ni 7:2 hesabı ilə üstələyib.

https://www.youtube.com/watch?v=bssN7FvwB_M