Logo
news content
User
Kateqoriyalar

Xəbər

Messi Argentina millisində vida oyunu keçirəcək

Lionel Messi Argentina millisində sonuncu oyununu keçirəcək.

Bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia məlumat verib.

39 yaşlı hücumçunun milli komandada sonuncu matçı oktyabrın 6-da baş tutacaq.

Həmin gün Argentina yığması yoldaşlıq görüşündə Beninlə qarşılaşacaq.

Matç Buenos-Ayresdəki “Monumental” stadionunda keçiriləcək.