Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məşhur müğənni Ukraynadan qaçanda tutuldu - VİDEO

Keçmiş SSRİ-nin tanınmış müğənnisi Sofiya Rotaru Ukrayna-Moldova sərhədini qanunsuz keçərkən Ukrayna sərhədçiləri tərəfindən saxlanılıb.

“Strana” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.

Məlumata görə, saxlanılanlar arasında çağırış yaşında olan 8 ukraynalı və bələdçilik edən Moldova vətəndaşı olub. Bələdçi onları qayıqla Moldovaya keçirmək istəyib.

Onların hamısı saxlanılıb. Saxlanılanlar arasında Sofiya Rotarunun oğlu Anatoli Yevdokimenko və nəvəsi Anatoli Yevdokimenko da olub.
Qeyd edək ki, tutulanların videosu yayılıb. Videoda 4-cü və 5-ci şəxslər Rotarunun nəvəsi və oğludur.
[video width="320" height="560" mp4="https://pressklub.az/wp-content/uploads/2022/03/vid_20220308_114303_881.mp4"][/video]