Logo
news content
User
Kateqoriyalar

Xəbər

Melkonyan: "Ermənistan "Artsax"ı tanımayana qədər heç kim onu ​​tanımayacaq"

Ermənistan tanımayınca heç bir dövlət “Artsax”ın müstəqilliyini tanımayacaq.

Bu sözləri erməni politoloq Sergey Melkonyan deyib.





“Nə qədər ki, Ermənistan “Artsax”ı tanımır, heç kim tanımayacaq. Fransa artıq öz qətnaməsi ilə sözünü deyib. Bu, Ermənistan üçün bir siqnal idi: “Əgər tanısanız, biz də tanımağa hazırıq” – deyə Melkonyan bildirib.

Ekspert qeyd edib ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və fövqəldövlət olmaqla müəyyən qədər problemləri həll edə bilər.

“Lakin hakimiyyət bundan imtina etdi, çünki onlar bilirdilər ki, “Artsax”ı tanısalar, əsas məqsədlərinə – Türkiyə ilə sülhə nail olmayacaqlar”, – deyə Melkonyan əlavə edib.