Mayis Bərxudarov sərəncama götürüldü, 2-ci Ordu Korpusunun komandiri dəyişdi
06 Oktyabr 2024
Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi baş verib.
General-mayor Vilayət Bərxuda oğlu Quliyev 2-ci Ordu Korpusuna komandir təyin olunub.
Qeyd edək ki, bu vəzifəni əvvəlcə general-leytenant Mayis Bərxudarov icra edirdi. O, hazırda sərəncama götürülüb.
Xatırladaq ki, Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.
Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib. (Unikal)