Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lukaşenko Bakıya gələcək - COP29 üçün

Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda COP29 iqlim konfransının keçiriləcəyi Bakı şəhərinə gəlmək planlarını təsdiqləyib.

BELTA xəbər verir ki, bu barədə A.Lukaşenko Minskdə Azərbaycan Baş naziri Əli Əsədovla görüşündə bildirib.

Ə.Əsədov Bakıda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Belarus Prezidentinə təqdim edib.

“Biz Sizin şəxsi iştirakınıza xüsusi önəm veririk, bu, konfransa ayrıca status verəcək”, - baş nazir vurğulayıb.