Logo
news content
User
Kateqoriyalar

Xəbər

Livanda noutbuklar, mobil telefonlar və maqnitofonlar da partlayır - 14 ölü, 450 yaralı

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi teleqram kanalında məlumat yayıb.

Məlumatda yaralıların sayının 450 nəfərdən 460-a yüksəldiyi bildirilir. Ölən və yaralananların əksəriyyəti 2023-cü ilin oktyabrından Livanın cənubundakı sərhəd bölgələrində İsrailə qarşı döyüşən "Hizbullah" hərəkatının tərəfdarlarıdır.

***

Livanda rabitə cihazlarında yenidən partlayışlar olub, 14 nəfər ölüb, daha 450 nəfər yaralanıb.

Livan mediası yazıb ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil maqnitofonlarıdır. Partlayışlar yaşayış binalarında və mobil telefon mağazalarında da baş verir.

Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.

Ölənlər arasında "Hizbullah" liderlərindən birinin oğlu da var.