Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lavrovun endiyi "Zvarnots" hava limanında bomba həyəcanı - VİDEO

Ermənistanın Fövqəladə Hallar Nazirliyinə paytaxt İrəvanın “Zvarnots” hava limanına bomba qoyulması ilə bağlı məlumat daxil olub.

Bu barədə “Sputnik Ermənistan” xəbər verir.

Hazırda hadisə yerinə nazirliyin müvafiq bölmələrinin əməkdaşları cəlb olunub.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi bir qədər əvvəl “Zvarnots” hava limanına enib. Erməni teleqram kanallarında yayılan videolardan görünür ki, Lavrovun korteji artıq hava limanının ərazisini tərk edib.