Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lavrov hədələdi: "Əməliyyatı sona çatdıracağıq"

“Rusiya Ukraynanın demilitarizasiyasını sona çatdıracaq”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya hərbçilərinin göstərdiyi şücaət tarixə düşəcək: “Biz hamımız hərbçilərimizin qəhrəmanlığına heyranıq. Şübhəsiz ki, onların şücaəti tarixə düşəcək, faşistlərə qarşı mübarizədə, demək olar ki, bu mühüm və məsuliyyətli vəzifənin yerinə yetirilməsində göstərdiyi şücaətdir”.

Eyni zamanda o, Ukraynanın gələcəyi ilə bağlı məsələni orada yaşayan insanların həll etməli olduğunu deyib: “Biz Ukraynada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Moskva dinc əhalinin ölümü ilə nəticələnən heç bir müharibəyə bəraət qazandırmır. İstənilən insan həyatı əhəmiyyətlidir. Lakin təəssüf ki, hərbi əməliyyatlarda qurbanlar olur”.

Qeyd edək ki, Rusiya qüvvələrinin Ukraynaya hücumu nəticəsində ölkədə 2 000-dən çox dinc sakin həlak olub.