Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
19 Oktyabr 2026
Latviyada Ermənistandan gətirilən yaşıl çayın idxalı qadağan edilib.
Latviyanın Qida və Baytarlıq Xidməti (PVD) Ermənistandan gətirilən yaşıl çay partiyasında Avropa İttifaqında istifadəsi qadağan olunan pestisid qalıqları aşkarlayıb.
Qurumun məlumatına görə, 57,6 kq ağırlığında, 8810 nömrəli yaşıl çay partiyasının laboratoriya yoxlanışı zamanı tolfenpirad adlı pestisidin qalıqları müəyyən edilib. Bu maddənin Avropa İttifaqında istifadəsinə icazə verilmir.
Bundan başqa, məhsulda lambda-sihalotrin və tiametoksam adlı digər iki pestisidin də yol verilən maksimal miqdarı aşdığı müəyyən olunub.
Nəticədə həmin çayın Avropa İttifaqı ərazisinə idxalına icazə verilməyib. Məhsulun dövriyyəyə buraxılması qadağan edilib və partiyanın məhv edilməsi və ya Aİ hüdudlarından kənar üçüncü ölkəyə göndərilməsi nəzərdə tutulur.