Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kremldən Zelenski-Putin görüşü ilə bağlı açıqlama

Kreml Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenskinin görüşünün şərtini açıqlayıb.

TASS xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov belə bir görüşün istisna olunmadığını söyləyib.

“Lakin bu görüş yalnız hansısa sənədlə bağlı yekun razılıq əldə olacağıq təqdirdə mümükndür. Lakin bu istiqamətdə iş çoxdan dayanıb və hələ də bərpa olunmayıb”, - o bildirib.