Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml qərarsızdır: Putin G20-yə getsin, getməsin?

Moskva hələ ki, İndoneziyada G20 sammitində Rusiya nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi ilə bağlı qərar verməyib.

Bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

“Hələ ki, qərar verilməyib”, - deyə Peskov bildirib.

Qeyd edək ki, bundan öncə “Baza” nəşri G20 sammitində Rusiyanı baş nazir Mixail Mişustinin təmsil edəcəyi barədə məlumat yaymışdı.